MALİYYƏ VƏ İNVESTİSİYA FORUMU

ŞƏFFAFLIQ VƏ İNKİŞAF

6 May 2017 | 09:00

Pullman hotel

FİF 2017 HAQQINDA

Maliyyə və İnvestisiya Forumunu keçirməkdə məqsəd maliyyə maarifləndirməsidir. Bildiyiniz kimi ölkəmizin növbəti illərdə inkişafını təmin etmək üçün Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017-ci ildən etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsinin tövsiyyələrinin və vergi məcəlləsinə edilən son əlavə və düzəlişlərin gətirdiyi çağırışları geniş tamaşaçı kütləsinə çatdırılmasına və maarifləndirmə tədbirlərinə ehtiyac var. Yol xəritəsində hətta bu barədə Strateji hədəf 5 – “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı xüsusi bölmə var. 5.1 və 5.2 bəndlərində Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın üzərinə bu işin planlaşdırılması və icrası həvalə edilib.

Keçiriləcək bu forum sayəsində şirkətlərarası, dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olmasının ümumilikdə sektora çox müsbət təsir edəcəyinə əminik. İnkişafın yolunun ilk öncə şəffaflıqdan keçdiyini düşünərək sloqanımızı da “şəffaflıq və inkişaf” seçdik.
Forum 06 may 2017 tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker olması nəzərdə tutulur. Panellərin biri Maliyyə Bazarları və inkişaf perspektivləri, 2-cisi Maliyyələşmə Strategiyaları, 3-cü isə Vergi siyasəti və şəffaf hesabatlılıq-dır.
Maliyyə sahəsində çalışan menecerlər, sahibkarlar, maliyyə ilə maraqlanan hər kəs iştirak edə bilər.

KONFRANSIN BAŞLAMASINA SAYILI GÜNLƏR QALDI
  • 00

    GÜN

  • 00

    SAAT

  • 00

    DƏQİQƏ

  • 00

    SANİYƏ

TƏQVİMƏ ƏLAVƏ ETMƏK 2016-05-06 09:00:00 2016-05-06 18:00:00 Asia/Baku ŞƏFFAFLIQ VƏ İNKŞAF Maliyyə və İnvestisiya Forumunu keçirməkdə məqsəd maliyyə maarifləndirməsidir. Bildiyiniz kimi ölkəmizin növbəti illərdə inkişafını təmin etmək üçün Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017-ci ildən etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Azerbaijan, Baku [email protected]

BİZİM SPİKERLƏR

TƏŞKİLATÇILAR

PROQRAM

Qeydiyyat

09:00

Təşkilatçıların çıxışı

10:00

Video təqdimat

10:15

Vüsal Qasımlı

10:45

Niyazi Abbasov

11:00

Orxan İsmayılov

11:10

Orhan Ayanlar

11:25

Abdulla İsayev

11:40

İntiqam Səfərəliyev

12:00

Orxan İsmayılov

11:25

Sual-Cavab

12:15

Nahar fasiləsi

12:45

Video təqdimat

13:40

Vüqar Əliyev

14:10

Fuad Kərimov

14:15

Uğur Çağlar

14:30

Fərid Musayev

14:45

Orxan Bağırov

15:00

Sual-Cavab

15:15

Fasilə

15:30

Emin İsmayılov

16:00

Arif Quliyev

16:05

Nicat İmanov

16:20

Azad İsmayılov

16:35

Rəşad Məmmədov

16:50

Sual-Cavab

17:05

Bağlanış Mərasimi

17:40

Musiqili təqdimat

18:00

NƏ ÜÇÜN İŞTİRAK ETMƏK LAZIMDIR?

1. Çox faydalı 1 bütöv gün
2. Networking imkanı
3. Təcrübə və trendlərin paylaşımı
4. Nüfuzlu şirkətlərin peşəkar mütəxəssisləri ilə görüş

BAŞ SPONSOR

sponsor

SPONSOR

TƏŞKİLATÇILAR

TƏRƏFDAŞLAR





location icon
ÜNVAN

Pullman hotel,
Mikayıl Müşfiq küçəsi 1C,
Bakı, Azərbaycan

Vaxt: 09:00 - dan 18:00 - a dək

email icon
ƏLAQƏ

info@fif.az


+994 55 338 77 72

back to top